Beyni Qan
Miri Yusif
Beyni Qan 歌词
Səsimin tellərində, donub həyəcan təbili,
Məni axtaran əzrayıl görəsən haqqımda nə bilir?
Hisslərim çox dərində, fayda vermir təsəlli,
Məni əks edən güzgülər, tab gətirmir, çatdıyır bir-bir.
Çox haqsızlıq gormüşəm,
Mən beyni çönmüşəm,
Rahat olacam o zaman bilim ki, bu yolun sonuna gəlmişəm.
Çox haqsızlıq gormüşəm,
Mən beyni çönmüşəm,
Rahat olacam o zaman bilim ki, bu yolun sonuna gəlmişəm
Bu dünya bir canlıdır,
Mən dərisini üzmüşəm.
Bu həyat çox amansız,
Mən səbr edən dərvişəm.
Qışqıracam karlar səsimi eşidənə qədər,
Dağıdacam bu dünyanı yenidən qurulana qədər,
Parlayacam istisiz ulduzlar sönənə qədər,
Sinəmdə bir sevgi saxlayacam ölənə qədər.
Yaşayır hamı həyatı, amma necə və nə üçün?
Daşıyır hərə bir yükü, hara qədər axı kim üçün?
Qulaqlar eşidir, gözlər görür, cürbəcür faciə,
Mənim gündüzlərim olubdur gecə, qaralıb hətda ağ ciyər.